Boks üzrə Heydər Əliyev kubokunun vaxtı dəqiqləşib

Boks üzrə Heydər Əliyev kubokunun vaxtı dəqiqləşib Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirin keçirilmə günü dəqiqləşib.
Fərdi
1 Fevral , 2023 11:51
Boks üzrə Heydər Əliyev kubokunun vaxtı dəqiqləşib

Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirin keçirilmə günü dəqiqləşib.

Azərbaycan Boks Federasiyasından “Report”a verilən məlumata görə, 2007-2008-ci il təvəllüdlü idmançılar arasında baş tutacaq yarış martın 28-də start götürəcək.

Heydər Əliyev kubokunda qaliblərin adlarına aprelin 1-də aydınlıq gələcək. Turnirdə martın 1-də komandaların gəlmə, aprelin 2-də getmə günü olacaq.

Qeyd edək ki, Azərbaycanda noyabrda təşkil olunacaq 22 yaşadək boksçular arasında Avropa çempionatının tarixi bugünlərdə dəqiqləşəcək.

Son xəbərlər

Orphus sistemi