Yuxarı

​Boks üzrə Dünya Yekun Təsnifat Turniri Qəbələdə keçirilməyəcək

Bu barədə Azərbaycan Boks Federasiyasının icraçı direktoru Nağı Səfərov məlumat verib

Bakı. 26 aprel. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Dünya Yekun Təsnifat Turniri Bakıda keçiriləcək. Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasının (ABF) icraçı direktoru Nağı Səfərov məlumat verib.

Onun sözlərinə görə, turnirin iyunun 17-də paytaxtda start götürəcək Formula 1 üzrə Avropa Qran Prisi günlərinə təsadüf etməsi səbəbindən Qəbələdə keçirilməsi gündəmdə olsa da, bu baş tutmayıb: "Rəhbərliklə məsləhətləşib qərara gəldik ki, yarışı paytaxtda keçirək. Eyni vaxtda Bakıda Formula 1-in keçirilməsinə baxmayaraq, bu bizim turnirə heç bir problem yaratmayacaq. Düzdür, Qəbələdə hava limanı və yarışın keçirilməsi üçün lazımi şərait var. Ancaq iştirakçıların Bakıda Qəbələyə aparılmasında müəyyən çətinliklər ola bilərdi".

Qeyd edək ki, Dünya Yekun Təsnifat Turniri 14 - 26 iyunda keçiriləcək. Formula 1 üzrə Avropa Qran Prisi isə iyunun 19-dək davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi