BOK rusiyalı atletlərin Qış Olimpiadasının bağlanışında öz bayraqları ilə keçid etmələrinə icazə verməyb

Fərdi
  • 25 fevral, 2018
  • 06:03
BOK rusiyalı atletlərin Qış Olimpiadasının bağlanışında öz bayraqları ilə keçid etmələrinə icazə verməyb

Bakı. 25 fevral. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi rusiyalı idmançılara 2018-ci il Qış Olimpiya Oyunlarının bağlanış mərasimi zamanı öz bayraqları altında keçid etmələrinə icazə verməyib.

“Report” xəbər verir ki, bu barədə qərar BOK-un Pxençxanda keçirilən sessiyası zamanı qəbul olunub.

Komitə üzvləri Rusiya Olimpiya Komitəsinə qarşı tətbiq edilən diskvalifikasiyanın tezliklə aradan qaldırılmasına yekdilliklə səs veriblər.

Bununla belə səsvermə zamanı müəyyən edilib ki, diskvalifikasiya Olimpiada-2018-in bağlanış mərasiminə qədər ləğv edilməyəcək.