BOK Olimpiadada Rusiya idmançıları üçün davranış qaydaları müəyyən edib

BOK Olimpiadada Rusiya idmançıları üçün davranış qaydaları müəyyən edib İdmançıları bu qaydaları pozacaqları təqdirdə Oyunlardan kənarlaşdırılacaqlar
Fərdi
26 Yanvar , 2018 22:56
BOK Olimpiadada Rusiya idmançıları üçün davranış qaydaları müəyyən edib

Bakı. 26 yanvar. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2018-ci ildə Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarında Rusiya idmançıları və digər nümayəndə üzvlərinin riayət etməli olduqları davranış qaydalarını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə BOK-un məlumatında bildirilir.

Qaydalara görə, idmançılar ictimai fəallığın istənilən formasından çəkinməli, sosial şəbəkələrdə ünsiyyət zamanı milli bayraq, gerb, milli emblem və rəmzlər, Rusiya Olimpiya Komitəsinin emblemlərindən istifadə etməməlidirlər.

Rusiyalı idmançıları sadalanan qaydaları pozacaqları təqdirdə Oyunlardan uzaqlaşdırılmaq barədə bəyannamə imzalamalıdırlar.

Son xəbərlər

Orphus sistemi