BMT Məskunlaşma Proqramının rəhbəri: "Bakı - sülh mərkəzlərindən biridir"

BMT Məskunlaşma Proqramının rəhbəri: "Bakı - sülh mərkəzlərindən biridir" "Bakı sülh mərkəzlərindən biridir".
Fərdi
5 Mart , 2022 12:01
BMT Məskunlaşma Proqramının rəhbəri: Bakı - sülh mərkəzlərindən biridir
Maimunah Mohd Şərif

"Bakı - sülh mərkəzlərindən biridir".

"Report"un məlumatına görə, bunu Bakıda səfərdə olan BMT Məskunlaşma Proqramının icraçı direktoru Maimunah Mohd Şərif Beynəlxalq Etnosport Forumundakı çıxışında deyib.

O, Azərbaycan paytaxtında toplaşdıqları üçün şad olduğunu bildirib: "Bu dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə, gənclər və idman naziri Fərid Qayıbova və Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğana minnətdarlığımı bildirirəm".

Mohd Şərif etnosportun əsrlər boyu inkişaf edən mədəni təcrübə olduğunu söyləyib: "Gənclərin etno idman növlərinə cəlb olunmasına xüsusi önəm veririk. Bu idman növlərini inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik. Etnosportda gənclərin çox olması əsas məqsədlərimizdən biridir".

O, son olaraq BMT-nin Azərbaycanda həyata keçirdiyi layihələri dəstəklədiyini söyləyib: "İlk dəfədir Azərbaycana gəlirəm. Bunun üçün məmnunam".

Son xəbərlər

Orphus sistemi