Beynəlxalq Olimpiya Komitəsinin Təhlükəsiz İdman üzrə məsləhətçisi Tiene Vertommen Azərbaycanda səfərdədir.
"Report"un məlumatına görə, Vertommen səfərin ikinci günündə UNICEF nümayəndələri ilə bir araya gələrək, idmanda uşaqların və yeniyetmələrin təhlükəsizliyi mövzusunda müzakirələr aparıb.
Görüşdə UNICEF-dən uşaq müdafiəsi mütəxəssisi Vüqar Salmanov və yeniyetmə inkişaf üzrə mütəxəssisi Nigar Nəsrullayeva, Milli Olimpiya Komitəsindən setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev, beynəlxalq proqramlar şöbəsinin əməkdaşı Ceyhun Rəhmənov, Beynəlxalq Olimpiya proqramları idarəsinin aparıcı məsləhətçi Lalə Hüseynova və "Təhlükəsiz idman" üzrə işçi heyətinin üzvü Ayan Xankişiyeva iştirak ediblər.
Görüşdə paytaxt və regionlarda təhlükəsiz idmanın təbliği üzrə keçirilən maarifləndirici tədbirlərdən danışılıb.