​Beynəlxalq Olimpiya Komitəsi Tokionun 2020-ci il olimpiadasını rüşvətlə alması iddialarını araşdırmağa başlayıb

​Beynəlxalq Olimpiya Komitəsi Tokionun 2020-ci il olimpiadasını rüşvətlə alması iddialarını araşdırmağa başlayıb Türkiyə 4-5 milyon dollar ödəməkdən imtina etdiyi üçün İstanbulun qalib ola bilmədiyi bildirilir
Fərdi
13 May , 2016 10:21
​Beynəlxalq Olimpiya Komitəsi Tokionun 2020-ci il olimpiadasını rüşvətlə alması iddialarını araşdırmağa başlayıb

Bakı. 13 may. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi (İOC) Tokionun 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçılıq hüququnu rüşvət qarşılığında əldə etməsi iddiaları ilə bağlı araşdırmalara başlayıb. "Report"un məlumatına görə, İngiltərənin "The Guardian" nəşri ev sahibliyinə digər namizəd İstanbulun (Türkiyə) istənilən məbləği vermədiyi üçün olimpiadanın Yaponiya paytaxtına həvalə olunduğunu bildirib. 

İddialara əsasən, yaponiyalı yetkililər Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (İAAF) sabiq prezidenti Lamin Diakın oğlu Papa Massata Diakla bağlılığı olan hesaba 1,3 milyon avro ödəniş edib. Oğul Diak həmin vaxt AAAF-da müşavir vəzifəsində çalışıb. 

"Tokio-2020"nin rüşvət qarşılığında alınması ilk olaraq Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2-ci hesabatında yer alıb. Hesabatda 2020-ci il olimpiadasına namizədlik prosesində türkiyəli rəsmilərin L.Diakın müstəqil müşavir vəzifəsində çalışan digər oğlu Xəlil Diakla danışıqlarda Brilliant Liqaya və ya İAAF üçün istənilən 4-5 milyon dollarlıq sponsorluq məbləğini ödəmədiyi bildirilib. Bu səbəbdən, İstanbulun namizədliyi İAAF prezidentinin dəstəyini itirib. Əvəzində isə Tokio həmin məbləği ödəyib. İOC-un müstəqil komissiyası öz səlahiyyət dairəsinə aid olmadığı üçün məsələni dərindən araşdırmayıb. 

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına iddiaçılar arasında Bakı şəhəri də olub. Lakin Azərbaycan paytaxtı "qısa siyahı"ya düşə bilməyib. 

Son xəbərlər

Orphus sistemi