Yuxarı

Beynəlxalq Olimpiya Komitəsi "SportAccord"un maliyyələşməsini dayandırıb

BOK belə bir qurumu tanımayacaq

Bakı. 8 iyun. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi (BOK) olimpiya və qeyri-olimpiya növləri üzrə federasiyaları özündə birləşdirən "SportAccord"un maliyyələşməsini dayandırıb. "Report"un məlumatına görə, bu barədə BOK-un yaydığı press-relizdə bildirilir. 

Rəsmi açıqlamada deyilir: "Bir çox üzv kimi biz də "SportAccord"un tanınmasını, habelə, problemlər həll olunmayanadək maliyyələşməni dayandırırıq. Məsləhətləşmələrin nəticələrini gözləyəcək və bu məsələnin müzakirəsi üçün müvafiq nümayəndələri dəvət edəcəyik".

BOK dopinq, korrupsiya və danışılmış oyunlarla mübarizədə birbaşa kömək etməyə hazırdır. 

Qeyd edək ki, bu yaxınlarda "SportAccord"un rəhbəri Marius Vizer BOK prezidenti Tomas Baxla münaqişəsinin ardından istefa verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi