​Beynəlxalq Gimnastika Federasiyasının yeni prezidenti fransalı ola bilər

​Beynəlxalq Gimnastika Federasiyasının yeni prezidenti fransalı ola bilər Federasiyanın yeni prezidenti 2016-cı ilin oktyabrında Tokioda keçiriləcək iclasda məlum olacaq
Fərdi
24 Yanvar , 2015 10:43
​Beynəlxalq Gimnastika Federasiyasının yeni prezidenti fransalı ola bilər

Bakı. 24 yanvar. REPORT.AZ/ Sabiq fransalı gimnast Georges Quelzeç Beynəlxalq Gimnastika Federasiyasının (FİG) prezidentliyinə namizədliyini irəli sürüb. "Report"un məlumatına görə, bu barədə beynəlxalq federasiya xəbər yayıb.

Hazırda Beynəlxalq Gimnastika Federasiyasına italiyalı Bruno Qrandi rəhbərlik edir. Lakin hazırkı liderin yenidən rəhbər vəzifəyə seçilmək şansları daha az dəyərləndirilir. Federasiyanın yeni prezidenti FİG-in 2016-cı ilin oktyabrında Tokioda keçiriləcək iclasında məlum olacaq.

Fransalı namizəd aprel ayında Monpelyedə keçiriləcək gimnastika üzrə Avropa yarışları ərəfəsində mətbuat konfransı keçirməyi planlaşdırır: "Qaydaları dəyişmək, rəqabəti gücləndirmək istəyirəm. Bu idman növünə sponsor cəlb etmək, mətbuatda daha çox işıqlandırmaq lazımdır".

Fransa Gimnastika Federasiyasının rəhbəri Ceyms Blateau da yerli mətbuata açıqlamasında həmyerlisini dəstəkləyib: "Əminəm ki, bizim namizədimiz Quelzeç beynəlxalq federasiya üçün yaxşı prezident olacaq. O, 35 ildir ki, yerli və beynəlxalq səviyyədə gimnastika üzrə iştirak edir və əla idman meneceri olduğunu sübut edib. Quelzeçin gimnastika üçün yeni ideyaları var".

Qeyd edək ki, 67 yaşlı Georges Qualzeç 1972-ci ildə Münhendə keçirilən olimpiya oyunlarında Fransanın kişilərdən ibarət gimnastika komandasının üzvü olub. O, idmançı karyerasını başa vurduqdan sonra isə "Nant" idman klubunda gimnastika komandasının baş məşqçisi vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi