Beynəlxalq Gimnastika Federasiyasının (FIG) sabiq prezidenti Bruno Qrandi vəfat edib.
"Report" FIG-nin rəsmi saytına istinadən xəbər verir ki, italiyalı funksioner 86 yaşında dünyasını dəyişib.
Onun öz ölkəsində xəstəlikdən öldüyü bildirilib.
Qeyd edək ki, Bruno Qrandi 1997-ci ildən 2016-cı ilə qədər Beynəlxalq Gimnastika Federasiyasına rəhbərlik edib.