Beynəlxalq Cüdo Federasiyası: "Rüstəm Orucov gələcək nəsillər üçün nümunədir"

Beynəlxalq Cüdo Federasiyası: "Rüstəm Orucov gələcək nəsillər üçün nümunədir" Beynəlxalq Cüdo Federasiyası İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək Böyük Dəbilqədən əvvəl Azərbaycan millisinin cüdoçusu Rüstəm Orucovdan bəhs edib və onun gələcək nəsillər üçün nümunə olduğunu bildirib.
Fərdi
16 Fevral , 2022 10:18
Beynəlxalq Cüdo Federasiyası: Rüstəm Orucov gələcək nəsillər üçün nümunədir
Rüstəm Orucov

Beynəlxalq Cüdo Federasiyası (IJF) İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək Böyük Dəbilqədən əvvəl Azərbaycan millisinin cüdoçusu Rüstəm Orucovdan bəhs edən yazı hazırlayıb.

"Report"un məlumatına görə, Co Kroulun “Emosional Təhsilimizin Səxavəti” adlı məqaləsində 31 yaşlı idmançının peşəkar cüdoçu kimi gələcək nəsillərə nümunə olduğu bildirilib.

Müəllif Orucovu yarış zamanı şübhələrini və mübarizələrini həmişə nəzarət altında saxlayan idmançı kimi təqdim edib: "O, yalnız qalib gələrkən üz cizgilərində məmnuniyyət hissini açıq görmək olur. Çox alicənab şəxsdir, qalibiyyət zamanı hisslərini bölüşmək istəyir. Lakin kimsə uğursuzluqla qarşılaşdığı halda hadisə yerində hamıdan öncə özü olmaq istəyir. Məhz bu, bir daha sübut edir ki, Rüstəm Orucov cüdonun vacib dəyərlərindən biri olan “Jita-Kyoei” prinsipinə sadiqdir və bu da öz növbəsində digər gənc idmançılar üçün örnəkdir".

Jita-Kyoei – Cüdonun yaradıcısı Ciqaro Kanonun tədris zamanı əsas tutduğu prinsiplərdən biridir. Bu prinsip özündə harmoniya və əməkdaşlığı ehtiva edir, özü və digərləri üçün qarşılıqlı faydanı nəzərdə tutur.

Təcrübəli idmançının cüdo dəyərlərinin səfiri kimi qeyd edildiyi məqalədə onun bu cəhətinin tatami üzərində daha da aydın göründüyü diqqətə çatdırılıb: “Orucov hər zaman özünü əsl peşəkar kimi idarə edə bilən, ətrafındakı hər kəsin qayğısına qalmağı çox yaxşı bacaran, eyni zamanda sözün əsl mənasında emosiyalarını idarə edən nəhəng idmançıdır".

Qeyd edək ki, Böyük Dəbilqə 17 - 19 fevralda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi