Beynəlxalq Ağırlıqqaldırma Federasiyası erməni idmançıya 4 illik cəza verib

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası erməni idmançıya 4 illik cəza verib Bakı. 27 iyun. REPORT.AZ/ Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) erməni idmançısı Hripsime Xurşudyanı bütün yarışlardan kənarlaşdırıb.
Fərdi
27 İyun , 2018 18:11
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası erməni idmançıya 4 illik cəza verib

Bakı. 27 iyun. REPORT.AZ/ Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) erməni idmançısı Hripsime Xurşudyanı bütün yarışlardan kənarlaşdırıb. 

"Report" qurumun saytına istinadən xəbər verir ki, atlet qadağan olunmuş maddələrdən istifadə etdiyinə görə 4 illik diskvalifikasiyaya məruz qalıb. 

Onun cəzası 2016-cı il iyunun 17-dən hesablanacaq və 2020-ci il iyunun 17-də başa çatacaq. 

Qeyd edək ki, H.Xurşudyanın 2012-ci il London olimpiadasındakı bürünc medalı da əlindən alınıb. O, dopinqdən istifadə etdiyinə görə, 2016-cı ildəki Rio Olimpiya Oyunlarında iştirakdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi