Beynəlxaq Olimpiya Komitəsi ötən il üçün gəlir və xərclərini açıqlayıb

Beynəlxaq Olimpiya Komitəsi ötən il üçün gəlir və xərclərini açıqlayıb Beynəlxaq Olimpiya Komitəsi (IOC) ötən il üçün gəlir və xərclərini açıqlayıb.
Fərdi
25 İyun , 2019 13:51
Beynəlxaq Olimpiya Komitəsi ötən il üçün gəlir və xərclərini açıqlayıb

Beynəlxaq Olimpiya Komitəsi (IOC) ötən il üçün gəlir və xərclərini açıqlayıb.

"Report"un məlumatına görə, qurumun gəliri 2,2 milyard dollar təşkil edib. Bu, təşkilatın İsveçərninin Lozanna şəhərindəki mənzil-qərargahında keçirilən sessiyasında təqdim olunan hesabatında öz əksini tapıb.

2018-ci ildə Cənubi Koreyanın Pxençan şəhərində Qış Olimpiya Oyunları keçirilib. IOC ən yüksək gəliri televiziya hüquqlarının həyata keçirilməsindən əldə edib (1,43 milyard dollar). İkinci yeri isə marketinq hüquqlarından əldə olunan gəlir tutub (550 milyon dollar).

Ötən il qurumun xərcləri 2,07 milyard dollar təşkil edib. IOC-un 2018-ci ildəki qazancı 165 milyon dollar olub. 

Son xəbərlər

Orphus sistemi