Yuxarı

Berni Ekklstoun Avropa Qran Prisinin səfirinin üzləşdiyi qəzadan şoka düşüb

Həmin anda nəfəsim durdu

Bakı. 25 mart. REPORT.AZ/ Formula 1-in baş promouteri Berni Ekklstoun Avstraliya Qran Prisində "Ferrari" pilotu Fernando Alonsonun "Haas"da çıxış edən Esteban Qutyerreslə toqquşmasından şoka düşüb. "Report"un məlumatına görə, B.Ekklstoun "La Gazzetta dello Sport"a açıqlamasında qəza vaxtı keçirdiyi hisslərdən danışıb. 

"Həmin anda nəfəsim durdu. Amma ayaq üstə dayanmış Alonsonu gördükdə inanılmaz dərəcədə sevindim. Yalnız bundan sonra rahat nəfəs aldım" deyə britaniyalı funksioner bildirib. Onun fikrincə, insident pilotların müdafiəsi anlamında nə qədər irəli getdiklərini sübuta yetirir: "Biz sürücülərin həyatını daha da təhlükəsiz edən müxtəlif variantları axtarmaqda davam edirik".

Qeyd edək ki, Fernando Alonso Esteban Qutyerreslə toqquşma zamanı 200 km/s sürətlə hərəkətdə olub. F.Alonso 17 - 19 iyunda Bakıda keçiriləcək Avropa Qran Prisinin səfirlərindən biridir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi