Yuxarı

Belarus Avropa Oyunlarına 30-40 milyon dollar xərcləyəcək

Nazir: Belarus Avropa Oyunlarının keçirilməsi üçün zəruri olan hər cür infrastruktur və qurğulara malikdir

Bakı. 28 oktyabr. REPORT.AZ/ Avropa Oyunlarına 2019-cu ildə ev sahibliyi edəcək Belarus yarış üçün 30-40 milyon dollar xərcləyəcək.

"Report" Belarus KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin idman və turizm naziri Aleksandr Şamko ONT telekanalına açıqlamasında bildirib.

"Transfer və uçuş xərclərini Avropa Olimpiya Komitələri (AOK) üzərinə götürəcək. Teleyayım məslələri Beynəlxalq Olimpiya Komitəsi tərəfindən yaradılacaq kanalda müzakirə olunacaq. Xərclərin bir hissəsi AOK-un payına düşəcək. Bununla yanaşı, Belarus Avropa Oyunlarının keçirilməsi üçün zəruri olan hər cür infrastruktur və qurğulara malikdir" -  nazir vurğulayıb.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Azərbaycanda keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi