"Formula 1": Ferstappen yeni mövsümün ilk test yürüşündə lider oldu

"Formula 1": Ferstappen yeni mövsümün ilk test yürüşündə lider oldu Bəhreyn Qran-prisinə martın 28-də yekun vurulacaq
Fərdi
26 Mart , 2021 17:02
Formula 1: Ferstappen yeni mövsümün ilk test yürüşündə lider oldu

"Formula 1" üzrə dünya çempionatında 2021 mövsümünə Bəhreyn Qran-prisi ilə start verilib.

"Report"un məlumatına görə, ilk test yürüşündə "Red Bull"un pilotu Maks Ferstappen lider olub.

"Mercedes"dən Valtteri Bottas ikinci, "Maklaren"dən Lando Norris üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, ikinci sınaq yürüşü bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Bəhreyn Qran-prisinə martın 28-də yekun vurulacaq. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.

Son xəbərlər

Orphus sistemi