Hidayət Heydərov, Zelim Kotsoyev başda olmaqla digər idmançılarımız, xüsusilə də kişi cüdoçularımız medal qazanmaq gücündə idilər.
Bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatı ilə bağlı danışarkən deyib.
O, bu nailiyyətin Azərbaycan cüdosunun dünya çempionatlarında ən yaxşı nəticəsi olduğunu xatırladıb: "Buna sevinirik. Amma digər çəkilərdəki çıxışlar bizi qane etmədi. Səhvlərimiz var. Onun üzərində işləməliyik. Ora getmişiksə, hamıdan medal gözləyirdik. Hətta qadın cüdoçularımızın da medal qazanacaqlarına ümid edirdik. Hamısına inanırıq. Yarışdan əvvəl iki qızıl medal qazancağımızı desəydilər, deyərdim ki, əla nəticə olar".
Qeyd edək ki, Əbu-Dabidə Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) dünya çempionu olub.