"Baku Open" karate turnirinin vaxtı açıqlanıb

"Baku Open" karate turnirinin vaxtı açıqlanıb Bakı. 20 fevral. REPORT.AZ/ 10-cu “Baku Open” beynəlxalq karate turniri Martın 14-də start götürəcək.
Fərdi
1536
20 Fevral , 2019 11:19
Baku Open karate turnirinin vaxtı açıqlanıb

Bakı. 20 fevral. REPORT.AZ/ 10-cu “Baku Open” beynəlxalq karate turniri Martın 14-də start götürəcək.

“Report” Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Kompleksində dörd gün davam edəcək yarış 2020-ci ildə Bakıda keçiriləcək Avropa çempionatını ərəfəsində test xarakteri daşıyır.

Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasındakı yubiley turnirində 10-dan artıq ölkə karateçilərinin iştirakı gözlənilir. Turnirin yüksək səviyyədə təşkili üçün Dünya Karate Federasiyasının (WKF) və Avropa Karate Federasiyasının (EKF) mütəxəssisləri, eləcə də digər ölkələrdən beynəlxalq hakimlər dəvət olunub.

Fərdi kata və kumite üzrə yarışın ilk günündə böyüklər və 35 yaşdan yuxarı veteranlar mübarizə aparacaqlar. Ertəsi gün 16-17 yaşlı və 21 yaşadək gənclər tatamiyə çıxacaqlar. 17 martda 14-15 yaşlı yeniyetmələr, bazar günü isə 6-13 yaşadək uşaqlar döyüşəcəklər.

Yubiley turnirinin təntənəli açılış mərasimi 15 mart saat 17:00-da başlanacaq. Yarışdan bir gün əvvəl, 13 martda isə WKF Hakimlər komitəsinin üzvü və EKF Hakimlər komitəsinin sədri Alois Viesboekin rəhbərliyi ilə beynəlxalq seminar keçiriləcək.

Son xəbərlər

Orphus sistemi