Yuxarı
    Bağlamaq

    ​"Baku Fires" və "Rafako Hussars Poland"ın heyətləri məlum olub

    Dünya çempionu Olimpiya üçüncüsü ilə qarşılaşacaq

    Bakı. 5 fevral. REPORT.AZ/ Ümumdünya Boks Seriyasının (WSB) 4-cü turunun görüşləri keçiriləcək. "Report"un məlumatına görə, Azərbaycan təmsilçisi “Baku Fires” Polşanın "Rafako Hussars Poland" komandası ilə qarşılaşacaq.

    Artıq komandaların heyətləri məlum olub.

    "Baku Fires" – "Rafako Hussars Poland"

    52 kq. Elvin Məmişzadə – Qrjeqorj Kozlovski

    60 kq. Albert Səlimov – David Miçelus

    69 kq. Pərviz Bağırov - Stiven Donnelli

    81 kq. Soltan Migitinov – Jordan Kulinski

    +91 kq. Arslanbek Mahmudov - Mantas Valaviçius

    Polşa klubu ilə görüşdə Azərbaycan klubunun heyətində Pərviz Bağırov debüt edəcək. Gənclər arasında Avropa çempionu, dünya birinciliyinin qalibi Şimali İrlandiya boksçusu Donnelli ilə üz-üzə gələcək.

    “Baku Fires”in heyətində Arslanbek Mahmudov isə cari mövsümdə 2-ci qələbəsini qazanmağa çalışacaq. Onun rəqibi Litva təmsilçisi Mantas Valaviçius olacaq. Ötən il Qroznıda Əhməd Kadırovun xatirəsinə həsr olunmuş turnirdə iştirak edən litvalı boksçu ilk görüşdə uduzmuşdu. Valaviçius 2013-cü ildə Neft Ölkələrinin Dünya Kubokunda milli komandanın üzvü Kamran Mehdiyevə də məğlub olub.

    Mahmudovdan başqa, Albert Səlimov da bu mövsüm artıq bir qələbə qazanıb. Dünya və Avropa çempionu 2010-cu ildə Bakıda keçirilən gənclər arasında dünya birinciliyində və həmin il Sinqapurda yeniyetmələrin Olimpiya oyunlarında bürünc medal qazanmış David Miçelusla üz-üzə gələcək.

    Bu həftə B qrupunda “Puerto Riko Hurricanes” “Caciquez Venezuela”nı, “Argentina Condors” “İtalia Thunder”i, “Astana Arlans” isə USA “Knockouts”u qəbul edəcək.

    Qeyd edək ki, qrupun 4-cü pilləsində qərarlaşan "Baku Fires" Polşa təmsilçisi ilə fevralın 7-si saat 19:00-da Quba Olimpiya Kompleksində rinqə çıxacaq. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio-2016 Olimpiadasına vəsiqə qazanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi