“Baku Fires” və “Puerto Riko Hurricanes”in heyəti açıqlanıb

“Baku Fires” və “Puerto Riko Hurricanes”in heyəti açıqlanıb Görüş aprelin 18-də baş tutacaq
Fərdi
17 Aprel , 2015 18:47
“Baku Fires” və “Puerto Riko Hurricanes”in heyəti açıqlanıb

Bakı. 17 aprel. REPORT.AZ/ Puerto Rikonun San Xuan şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 13-cü turu çərçivəsində “Baku Fires” yerli “Puerto Riko Hurricanes” klubu ilə qarşılaşacaq. "Report"un məlumatına görə, artıq komandaların heyətləri açıqlanıb.

Aprelin 18-də rinqə aşağıdakı döyüşçülər çıxacaq:

“Puerto Rico Hurricanes” - Baku Fires”

49 kq. Antoni Ortiz – Rəsul Saliyev

56 kq. Qarsiya Mora – Məhəmməd Qurbanov

64 kq. Karlos Adames – Heybətulla Hacəliyev

75 kq. Ceffri Quillen – Jaba Xositaşvili

91 kq. Rosado Joze – Abdulqadir Abdullayev

Bu görüşdən sonra iki boksçu – Məhəmməd Qurbanov (56 kq) və Heybətulla Hacəliyev (64 kq) Rio de Janeyro Olimpiadasına vəsiqəni rəsmiləşdirə bilərlər. Fərdi reytinqdə 3-cü yeri tutan Hacəliyev WSB liqasında debüt edəcək Karlos Adameslə döyüşdə favorit hesab olunur. Puerto Riko komandasının heyətində iki dominikanlı boksçu rinqə çıxacaq ki, bunlar da Mora və Adamesdir.

Bu həftə B qrupunda "Astana Arlans” səfərdə “Argentina Condors”un qonağı olacaq. “Caciques Venezuela” doğma divarlar arasında “İtalia Thunder”lə qarşılaşacaq. “Rafako Hussars Poland” isə USA “Knockouts”u qəbul edəcək.

Turnir cədvəli

1. “Astana Arlans” – 36 xal, (döyüşlərin nəticələri 50-10)

2. Baku Fires – 26, (40-20)

3. “İtalia Thunder “ – 23, (36-23)

4. “Venezuela Cacquez” – 20 (26-34)

5. USA “Knckouts” – 17, (26-34)

6. “Puerto Riko Hurricanes” – 17, (26-34)

7. “Rafako Hussars Poland” – 12, (22- 38)

8. “Argentina Condors” – 4, (13-46) 

Son xəbərlər

Orphus sistemi