Yuxarı
    Bağlamaq

    ​"Baku Fires"in Venesuela klubu ilə döyüşəcək heyəti açıqlanıb

    Baku Firesın heyətində Cavid Dadaşov debüt edəcək

    Bakı. 13 mart. REPORT.AZ/ Ümumdünya Boks Seriyasında (WSB) 9-cu turunun görüşü keçiriləcək.

    "Report"un məlumatına görə, Azərbaycan təmsilçisi “Baku Fires” “Caciques Venezuela” komandası ilə qarşılaşacaq.

    Komandaların heyətləri artıq məlumdur:

    “Baku Fires” – “Caciques Venezuela”

    49 kq. Cavid Dadaşov – Martinez Kordova

    56 kq. Məhəmməd Qurbanov – Villaviçenzio Rodriges

    64 kq. Heybətulla Hacəliyev – Arkon Dias

    75 kq. Jaba Xositaşvili – Barrera Korbaj

    91 kq. Əbdülqədir Abdullayev – Villi Kyakone

    Venesuela klubu ilə qarşılaşmada "Baku Fires"ın heyətində Cavid Dadaşov debüt edəcək. O, 2013-cü ildə gənclər arasında Azərbaycan birinciliyinin finalçısı olub. Qonaq komandanın 49 və 56 kq çəki dərəcələrindəki boksçuları reytinqdə yüksək yerlər tutsalar da, onlar Qubaya gəlməyiblər.

    Venesuela klubunda 75 kq çəki dərəcəsində Barrera Korbaj liqada ilk döyüşünə çıxacaq. Məhəmməd Qurbanovun rəqibi olacaq Rodrigez də WSB liqasında ilk görüşünü Qubada keçirəcək.

    Fərdi reytinqdə liderlər sırasında olan Qurbanov, Hacəliyev və Abdullayev növbəti qələbələrini qazanaraq, mövqelərini bir qədər də yaxşılaşdıra bilərlər.

    İlk görüşdə "Baku Fires" səfərdə “Caciques Venezuela” klubuna 2:3 hesabı ilə məğlub olub.

    Bu həftə "B" qrupunda “Astana Arlans” doğma divarlar arasında “Rafako Hussars Poland”ı qəbul edəcək. “Puerto Rico Hurricanes” “Argentina Condors”u qonaq edəcək. USA “Knockouts” isə səfərdə “İtalia Thunder”lə üz-üzə gələcək.

    Qeyd edək ki, martın 14-də Quba Olimpiya Kompleksində keçiriləcək döyüşlər saat 19:00-da başlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi