"Baku Fires" "Argentina Condors"la döyüşəcək

"Baku Fires" "Argentina Condors"la döyüşəcək Döyüşlər 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır
Fərdi
24 Fevral , 2015 16:35
Baku Fires Argentina Condorsla döyüşəcək

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanın "Baku Fires" peşəkar boks klubu fevralın 28-də "Argentina Condors"la döyüşəcək. Bu barədə "Report"a "Baku Fires"in hüquq məsələləri üzrə mütəxəssisi Kamandar Nəsibov deyib.

Onun sözlərinə görə, hazırda ABŞ-da olan klub bu döyüş üçün Argentinaya yola düşəcək. 

WSB-nin (Ümumdünya Boks Seriyası) 7-ci həftəsində keçiriləcək döyüşlə bağlı danışan K.Nəsibov bildirib ki, döyüşlər 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xaraketeri daşıyır: "Oradakı döyüşdən sonra "Baku Fires" Azərbaycana qayıdacaq. Daha sonra martın 6-da Milanda keçiriləcək "İtalia Thunder"lə döyüş üçün komanda İtaliyaya səfər edəcək".

Son xəbərlər

Orphus sistemi