Bakıdakı Qran-prinin vaxtı dəqiqləşdi

Bakıdakı Qran-prinin vaxtı dəqiqləşdi Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası yarışların yenilənmiş təqvimini dərc edib.
Fərdi
2 Fevral , 2021 17:12
Bakıdakı Qran-prinin vaxtı dəqiqləşdi

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası yarışların yenilənmiş təqvimini dərc edib.

Azərbayan Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, bu il 20-28 mayda paracüdo idman növü üzrə Qran-Pri, beynəlxalq təlim-məşq toplanışı və tibbi göz təsnifatının Bakıda keçiriləcəyi gözlənilir.

Paracüdo üzrə “IBSA Judo Grand Prix Baku 2021” 24-25 mayda baş tutmalıdır və bu, Tokio-2020 Yay Paralimpiya Oyunları öncəsi sonuncu təsnifat yarışı olacaq.

Qeyd edək ki, yarışla bağlı yekun qərar apreldə ölkədə tətbiq edilmiş karantin rejiminin vəziyyətindən asılı olaraq qəbul ediləcək.

Son xəbərlər

Orphus sistemi