Bakıdakı karate yarışı mövsümün son turniri ola bilər

Bakıdakı karate yarışı mövsümün son turniri ola bilər Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Fərdi
137
11 May , 2022 13:42
Bakıdakı karate yarışı mövsümün son turniri ola bilər

Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Azərbaycan Milli Karate Federasiyasının Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, onlayn görüşdə AMKF-in prezidenti və EKF-in İcariyyə Komitəsinin üzvü Yaşar Bəşirov də iştirak edib.

EKF-in prezidenti Antonio Espinos 2022-ci ilin tədbirləri və yarışları barədə danışıb. O, Ukraynadakı hadisələrlə əlaqədar Rusiyanın paytaxtı Moskvada Karate1 Premyer Liqa turnirin baş tutmayacağını xatırladıb.

Yarışın hansı şəhərdə keçiriləcəyi hələlik müəyyənləşməyib. Oktyabrdakı yarışın ləğv olunma ehtimalı da var. Belə olacağı təqdirdə, 2 - 4 sentyabrda Bakıdakı turnir mövsümün son yarışı olacaq.

AMKF-in prezidenti Yaşar Bəşirov gələn il Karate1 Premyer Liqa turnirinin ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilməsi təklifini irəli sürüb. A.Espinos təkliflə bağlı rəhbərlik etdiyi qurumun müvafiq məsul şəxsləri ilə bu barədə müzakirələr aparacağını bildirib.

Qeyd edək ki, Bakıdakı Karate1 Premyer Liqa turnirinin Milli Gimnastika Arenasında təşkili planlaşdırılsa da, bu baş tutmayacaq. Buna həmin tarixdə arenada gimnastika yarışlarının keçirilməsi səbəb olub. Hazırda Premyer Liqa turnirinin harada gerçəkləşəcəyi bəll deyil.

Son xəbərlər

Orphus sistemi