Bakıdakı Dünya Kubokunda 14 ölkə iştirak edəcək

Bakıdakı Dünya Kubokunda 14 ölkə iştirak edəcək 12-13 fevralda Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək ölkələrin sayı açıqlanıb
Fərdi
26 Yanvar , 2022 12:15
Bakıdakı Dünya Kubokunda 14 ölkə iştirak edəcək

Fevralın 13-də Bakıda start götürəcək batut gimnastikası üzrə Dünya Kubokunun iştirakçı ölkələrinin sayı açıqlanıb.

"Report" Azərbaycan Gimnastika Federasiyasının rəsmi feysbuk hesabına istinadən xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarışa 14 ölkədən 63 idmançı qatılacaq.

Dünya Kuboku 2022-ci ildə ölkədəki ilk beynəlxalq turnir olacaq. Yarışlar İdman TV telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, Dünya Kuboku iki gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi