Bakıdakı Avropa çempionatında 30-a yaxın hakim ədaləti qoruyacaq

Bakıdakı Avropa çempionatında 30-a yaxın hakim ədaləti qoruyacaq Mayın 20-də Bakıda start götürəcək güləş üzrə U-23 Avropa çempionatında 30-a yaxın hakim ədaləti qoruyacaq.
Fərdi
16 May , 2024 16:30
Bakıdakı Avropa çempionatında 30-a yaxın hakim ədaləti qoruyacaq

Mayın 20-də Bakıda start götürəcək güləş üzrə U-23 Avropa çempionatında 30-a yaxın hakim ədaləti qoruyacaq.

Bu barədə “Report”a Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinin rəhbəri Sərxan Musalı məlumat verib.

O, Azərbaycanın üç referisinin - Hicran Şərifov, Kamran Əliyev və İntiqam Alıyevin də turnirdə iştirak edəcəyini bildirib: "Bu, yeni yarışlardan hesab olunur. İlk dəfə 2015-ci ildə keçirilib. 9-cu turnir Bakıda təşkil olunacaq".

AGF rəsmisi Avropa çempionatının proqramını da açıqlayıb: "Görüşlər hər gün saat 10:30-da başlayacaq. Gündüz seansı 13:30-dək, axşam isə 16:45-dən 20:30-dək nəzərdə tutulub. Açılış mərasimi mayın 20-də, saat 17:00-da başlayacaq. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və Dünya Güləş Birliyinin üzvü Karl Martin Ditmanın çıxışı nəzərdə tutulub. İlk günlərdə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Ardınca qadın, son olaraq sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Azərbaycan millisinin heyəti həftəsonu tam dəqiqləşəcək. Turnir üçün 6000-dən çox bilet satışa çıxarılıb".

Qeyd edək ki, Bakı İdman Sarayında təşkil olunacaq yarış mayın 26-da başa çatacaq. Yarışa 32 ölkədən 400-ə yaxın idmançının qatılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi