Bakıda yeni cüdo zalı açılıb - ƏLAVƏ OLUNUB

Bakıda yeni cüdo zalı açılıb - ƏLAVƏ OLUNUB Rövnəq Abdullayev rəmzi lenti kəsdikdən sonra zalla tanışlıq olub
Fərdi
3 Noyabr , 2017 12:28
Bakıda yeni cüdo zalı açılıb - ƏLAVƏ OLUNUB
Reprot/ Firi Salim

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün Bakı Olimpiya Stadionunda cüdo zalının açılışı olub.

"Report" xəbər verir ki, açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, ACF-nin vitse-prezidentləri Mikayıl İsmayılov, Sadıq Sadıqov, Elnur Məmmədli, federasiyanın İcraiyyə Komitəsinin üzvləri, tanınmış idman mütəxəssisləri iştirak ediblər.

Əvvəlcə açılış rəmzini bildirən qırmızı lent kəsilib. Qonaqlar yeni yaradılmış cüdo zalı ilə tanış olublar. Nəfis dizaynda tərtib edilmiş zalda Azərbaycanın cüdo tarixində uğur qazanmış olimpiya, dünya və Avropa çempionatının qalib və mükafatçılarının şəkilləri, zəfərlərlə dolu anlar həkk edilən foto-stendlər var. Müasir və tam standartlara cavab verən idman qurğuları ilə təmin olunmuş zalda tibb məntəqəsi, soyunub-geyinmə otaqları və duş kabinləri də yaradılıb. Cüdo zalında əsas milli ilə yanaşı, gənclər və qadınlardan ibarət yığmaların üzvləri məşq edəcəklər.

ACF-nin vitse-prezidenti Sadıq Sadıqov idmançı və məşqçilər üçün yaradılan şərait barədə ətraflı məlumat verib. Bildirilib ki, yeni zalda Azərbaycanın tanınmış cüdoçularının iştirakı ilə kiçik yaşlı yeniyetmə idmançılara master-klasslar keçiriləcək.

Son xəbərlər

Orphus sistemi