Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunan xeyriyyə məqsədli "Qələbə qaçışı" başa çatıb.
"Report" xəbər verir ki, Aleksandr Yadsenko 1-ci, Toğrul Məmmədli 2-ci, Bəxtiyar Əsgərli isə 3-cü yeri tutublar.
Qadınlar arasında Ulyana Dadaşova, Yuliya Belkova və Milana Xəlilova ilk üç pillədə qərarlaşıblar.
Qeyd edək ki, yarışda iştirak edən gənclər və idman naziri Fərid Qayıbov da finiş xəttinə çatıb.
Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.
Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışı başlayıb.
"Report" xəbər verir ki, “Qürurla irəli” şüarı ilə keçirilən qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı xeyriyyə məqsədilə minimum 10 manat iştirak haqqı ödəyib. Toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.
“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürüb. Qaçış 2 müxtəlif (5 km və 10 km) məsafəni əhatə edir və 10 km məsafədə finişə ilk çatan iştirakçılar qalib elan ediləcəklər.
Qaçış çərçivəsində maraqlı tədbirlərin də təşkil olunacağı gözlənilir.
Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.