Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnir başlayıb

Fərdi
  • 18 dekabr, 2021
  • 12:37
Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnir başlayıb

Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalqsuperturnir start götürüb.

"Report"un məlumatına görə, turnirdə 8 qrossmeyster qüvvəsini sınayır.

İlk turda Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov çexiyalı David Navara ilə, Rauf Məmmədov hindistanlı Vişvanatan Anandla, Vüqar Əsədli ABŞ-dan olan Fabiano Karuana ilə qarşılaşır. Digər görüşdə isə rusiyalı Sergey Karyakin və macarıstanlı Riçard Rapport üz-üzə gəlirlər.

Vüqar Həşimov Memorialı

I tur

David Navara (Çexiya) - Şəhriyar Məmmədyarov

Sergey Karyakin (Rusiya) - Riçard Rapport (Macarıstan)

Vişvanatan Anand (Hindistan) - Rauf Məmmədov

Fabiano Karuana (ABŞ) - Vüqar Əsədli

Qeyd edək ki, Vüqar Həşimov Memorialına dekabrın 24-də yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti