Bakıda qızıl medal qazanmış gimnast diskvalifikasiya olundu

Bakıda qızıl medal qazanmış gimnast diskvalifikasiya olundu Beynəlxalq Gimnastika Federasiyası (FIG) ukraynalı idmançı Oleq Vernyayevi cəzalandırıb.
Fərdi
5 Yanvar , 2021 16:31
Bakıda qızıl medal qazanmış gimnast diskvalifikasiya olundu
Oleq Vernyayevi

Beynəlxalq Gimnastika Federasiyası (FIG) ukraynalı idmançı Oleq Vernyayevi cəzalandırıb.

"Report" NBC telekanalına istinadən xəbər verir ki, 27 yaşlı gimnast müvəqqəti olaraq, yarışlardan kənarlaşdırılıb.

FIG diskvalifikasiyanın səbəbini açıqlamayıb.

Qeyd edək ki, Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi olmuş Oleq Vernyayev eyni zamanda dünya və altıqat Avropa çempionudur. O həmçinin 2015-ci ildə Bakıda təşkil olunmuş I Avropa Oyunlarında qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi