“Formula 1”: Qrid düzülüşüdə daha bir pilotun mövqeyi dəyişib - YENİLƏNİB

“Formula 1”: Qrid düzülüşüdə daha bir pilotun mövqeyi dəyişib - YENİLƏNİB “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi zamanı pilotların qrid düzülüşündə daha bir mövqe dəyişikliyi olacaq.
Fərdi
28 Aprel , 2019 15:13
“Formula 1”: Qrid düzülüşüdə daha bir pilotun mövqeyi dəyişib - YENİLƏNİB

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi zamanı pilotların qrid düzülüşündə daha bir mövqe dəyişikliyi olacaq.

“Report” xəbər verir ki, “Alfa Romeo” komandasının pilotu Kimi Raykkonen də yarışa pit-leyndən başlayacaq.

Təsnifat mərhələsində finlandiyalı pilotun bolidinin qabaq qanadı reqlamentə uyğun gəlmədiyi üçün əldə etdiyi 8-ci yerini itirib.

Pilotların qrid düzülüşü

1. Valtteri Bottas (Mercedes)

2. Lüis Hemilton “Mercedes”

3. Sebastyan Fettel (“Ferrari”)

4. Maks Ferstappen (“Red Bull”)

5. Serxio Peres (“Racing Point”)

6. Daniil Kvyat (“Toro Rosso”)

7. Lando Norris (“McLaren”)

8. Şarl Lekler (“Ferrari”)

9. Karlos Sayns (“McLaren”)

10. Daniel Rikkardo (“Renault”)

11. Aleksandr Albon (“Toro Rosso”)

12. Kevin Maqnussen (“Haas”)

13. Lens Stroll (“Racing Point”)

14. Romen Qrojan (“Haas”)

15. Niko Hülkenberq (“Renault”)

16. Corc Rassel (Williams)

17. Antonio Covinatsi (“Alfa Romeo”)

18. Robert Kubitsa (Williams)

19. Kimi Raykkonen (“Alfa Romeo”)

20. Pyer Qasli (“Red Bull”)

Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisi saat 16:10-da start götürəcək.


***12:26

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi zamanı pilotların qrid düzülüşündə iki mövqe dəyişikliyi olacaq.

“Report” xəbər verir ki, iki sürücü qrid düzülüşündə sıralama turunda göstərdikləri nəticələrə uyğun mövqedə olmayacaqlar.

Təsnifat mərhələsini 8-ci sırada tamamlayan Antonio Covinatsi (“Alfa Romeo”) yarışa 10 pillə geridən başlayacaq. İsveçrə komandasının italiyalı pilotu bolidində yeni idarəedici elektronikanın istifadəsinə görə cəzalanıb.

Pyer Qasli (“Red Bull”) isə təsnifat mərhələsinə yanacaq sərfiyyatı ilə bağlı texniki reqlamenti pozduğu üçün sanksiya ilə üzləşib. Avstriya komandasının pilotu sıralama turunda 15-ci olsa da, yarışa son sıradan başlayacaq.

Pilotların qrid düzülüşü

1. Valtteri Bottas (Mercedes)

2. Lüis Hemilton “Mercedes”

3. Sebastyan Fettel (“Ferrari”)

4. Maks Ferstappen (“Red Bull”)

5. Serxio Peres (“Racing Point”)

6. Daniil Kvyat (“Toro Rosso”)

7. Lando Norris (“McLaren”)

8. Kimi Raykkonen (“Alfa Romeo”)

9. Şarl Lekler (“Ferrari”)

10. Karlos Sayns (“McLaren”)

11. Daniel Rikkardo (“Renault”)

12. Aleksandr Albon (“Toro Rosso”)

13. Kevin Maqnussen (“Haas”)

14. Lens Stroll (“Racing Point”)

15. Romen Qrojan (“Haas”)

16. Niko Hülkenberq (“Renault”)

17. Corc Rassel (Williams)

18. Antonio Covinatsi (“Alfa Romeo”)

19. Robert Kubitsa (Williams)

20. Pyer Qasli (“Red Bull”)

Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisi saat 16:10-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi