Bakıda məktəblilərin yanğınsöndürmə ilə bağlı zona birinciliyi keçirilib

Bakıda məktəblilərin yanğınsöndürmə ilə bağlı zona birinciliyi keçirilib Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib.
Fərdi
25 May , 2022 14:22
Bakıda məktəblilərin yanğınsöndürmə ilə bağlı zona birinciliyi keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib.

"Report" xəbər verir ki, yarış FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında, Bakı və Sumqayıt Regional mərkəzlərinin əhatə etdiyi rayonlarında təhsil müəssisələri arasında baş tutub.

Nazirliyin İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhətçisi Turqay Abbaslı bildirib ki, FHN-in təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasıdır.

Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub.

Turnirdə Yasamal rayonunun 31 nömrəli tam orta məktəbi birinci yerə sahib olub. Nizami rayonunun 229 nömrəli tam orta məktəbi ikinci və Nizami rayonunun 220 nömrəli tam orta məktəbi isə üçüncü pillədə qərarlaşıb.

Yarışda fərqlənmiş komandalar müvafiq yerlər üzə kubok və diplomlarla təltif edilib.

Qeyd edək ki, turnirdə yer tutan komandalar “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Son xəbərlər

Orphus sistemi