Yuxarı

Bakıda MDB üzv dövlətlərinin Gənclərlə İş üzrə Şurasının iclası keçiriləcək

İclas noyabrın 22-də başlayacaq

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıda noyabrın 22-də Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərinin Gənclərlə İş üzrə Şurasının iclası keçiriləcək. 

Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, iclas 2 gün davam edəcək.

Gənclərlə İş üzrə Şura "Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərinin Gənclərlə iş sahəsində əməkdaşlığına dair" 25.10.2005-ci il tarixli Sazişin icrası məqsədilə yaradılıb. Şura üzv dövlətlərin gənclərlə iş üzrə səlahiyyətli nümayəndələrindən (hər ölkədən iki nəfər olmaqla) ibarətdir.

Şuranın iclasları ildə iki dəfədən az olmamaq şərti ilə keçirilir. Şuranın 2016-cı ilin aprel ayında Belarusun paytaxtı Minskdə keçirilmiş iclasında növbəti toplantının Bakı şəhərində keçirilməsi qərara alınıb. İclas MDB-nin 25 illiyinə həsr olunur. İclasda iştirak etmək üçün Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistanın şuraya üzv olan nümayəndələri və iclasda çıxışı nəzərdə tutulan məruzəçilər noyabrın 22-23-də Bakıya gələcəklər.

Şuranın gündəliyində 14 məsələnin müzakirəsi və sənədlərin qəbulu planlaşdırılıb. 

Tədbirdə nazir Azad Rəhimovun iştirakı da nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi