Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının məkanı açıqlanıb

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının məkanı açıqlanıb Bakıda keçiriləcək taekvonto üzrə dünya çempionatının məkanı bəlli olub.
Fərdi
13 Mart , 2023 17:08
Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının məkanı açıqlanıb

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının məkanı bəlli olub.

Azərbaycan Taekvondo Federasiyasından (ATF) "Report"a verilən məlumata görə, mayın 29-dan iyunun 4-dək təşkil olunacaq yarış Bakı Kristal Zalında baş tutacaq.

Ümumdünya Taekvondo Federasiyasının (WTF) baş katibi Cankan Sio paytaxta işgüzar səfər zamanı turnirə hazırlıq işləri ilə yerində tanışı olub və ATF rəhbərliyi ilə müzakirələr aparıb.

O, gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, ATF prezidenti Kəmaləddin Heydərov və vitse-prezident Nağı Səfərovla görüşlər keçirib. Görüşlərdə Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi mundiala hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Cankan Sioya dünya çempionatını təşkil etməyə bir neçə arena təklif olunsa da, sonda yarışın Bakı Kristal Zalında keçirilməsinə qərar verilib.

Mundial Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley Bakıda qeyd olunacaq. Əvvəlkilərdən fərqlənəcək dünya çempionatına 3000-dək qonağın gəlişi gözlənilir.

Son xəbərlər

Orphus sistemi