Bakıda keçiriləcək Olimpiya Festivalının iştirakçıları yataqxanalarda qalacaqlar

Bakıda keçiriləcək Olimpiya Festivalının iştirakçıları yataqxanalarda qalacaqlar Bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti məlumat verib
Fərdi
10 Yanvar , 2017 15:13
Bakıda keçiriləcək Olimpiya Festivalının iştirakçıları yataqxanalarda qalacaqlar

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakıda 2019-cu ildə keçiriləcək Avropa Yeniyetmələrinin Olimpiya Festivalının (EYOF) iştirakçıları yataqxanalarda qalacaqlar. 

"Report"un məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.

O, hər bir ölkədə festival keçirilən zaman idmançıların yataqxana tipli məkanlarda yerləşdirildiyini deyib: "Onlar 16-18 yaşlı idmançılardır. Bizim 2019-cu ildə başqa imkanlarımız olacaq ki, həmin idmançıları rahat şəkildə yerləşdirək".

Ç.Hüseynzadə dövlət planına əsasən, 2019-cu ilə qədər ali məktəblər üçün yataqxanaların tikiləcəyini, festival iştirakçılarının da ya bu yataqxanalarda, ya da hansısa düşərgələrdə yerləşdirilə biləcəyini söyləyib: "Yanvarın 26-da İsveçrədə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin iclası keçiriləcək. Orada EYOF-un Bakıda təşkilinə dair müqavilə imzalanacaq. Bundan sonra Təşkilat Komitəsi yaranacaq və o zaman idmançıları harada yerləşdiriləcəyimizi düşünəcəyik. Hazırkı Atletlər kəndi çox yüksək səviyyədədir və o yeniyetmələr üçün deyil". 

Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunları zamanı ölkələrin nümayəndə heyətləri Atletlər Kəndində qalıb. Həmçinin bu il baş tutacaq IV İslam Həmrəyliyi Oyunları zamanı da nümayəndə heyətləri həmin məkanda məskunlaşacaq.

Son xəbərlər

Orphus sistemi