Yuxarı

​Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına geri sayım başlayıb

Bu münasibətlə idman tədbiri keçirilib

Bakı. 13 may. REPORT.AZ/ 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına geri sayım başlayıb. "Report"un məlumatına görə. bu münasibətlə Dənizkənarı Milli Parkda idman tədbiri keçirilib.

Tədbirdə gənclər və idman naziri, IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının I vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum, İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Koordinasiya Komissiyasının rəhbər işçiləri, islam dövlətlərinin Milli Olimpiya Komitələrinin (NOC) üzvləri və digər qonaqlar iştirak edib.

Qonaqlara ilk olaraq aktyorlar tərəfindən islam dünyasının bir sıra əfsanələrini özündə əks etdirən səhnələr nümayiş etdirilib. Daha sonra IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq idman növlərinin təqdimatı olub. Bununla da IV İslam Həmrəyliyi Oyunlarının Bakıda start götürməsinə geriyə sayım başlayıb.

Qeyd edək ki, Oyunlar gələn il 12 - 22 mayda keçiriləcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi