Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb Açılış mərasiminin vaxtı müəyyənləşib
Fərdi
16 Avqust , 2018 12:42
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb

Bakı. 16 avqust. REPORT.AZ/ Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb.

"Report" Azərbaycan Cüdo Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq yarış üçün biletləri "Asan Xidmət" mərkəzləri, şəhərin bütün kassaları, eləcə də onlayn olaraq iTicket.az saytından əldə etmək mümkündür.

Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq, səhər yarışları üçün 1 manat və 5 manat, VİP yerlərə 25 manat, final mərhələsi üçün 2 manat və 10 manat, VİP yerlərə isə 50 manatdır.

Qeyd edək ki, dünya çempionatında 150-dək ölkə təmsil olunacaq. Sentyabrın 20-də keçiriləcək açılış mərasimi saat 15:00-da başlanacaq. Yarış bir həftə davam edəcək. 

Son xəbərlər

Orphus sistemi