Yuxarı

​Bakıda general-mayorun həbs edilən oğlunun idmançı olduğu müəyyənləşib

T.Əsədullayev universal döyüş növündə çempionatlara qatılıb

Bakı. 12 aprel. REPORT.AZ/ DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin həbs etdirdiyi oğlu Tamerlan Əsədullayevin idmançı olduğu müəyyənləşib.

"Report"un əldə etdiyi məlumata görə, T.Əsədullayev universal döyüş növündə bir neçə dəfə Azərbaycan çempionatlarına qatılıb.

Hətta o, çempionatın mükafatçısı da olub. Mənbə T.Əsədullayevin "Senator" restoranında məcburən dava etdiyini bildirib:

"Restoran mühafizəçiləri ona söz atıblar, bu da dalaşmalı olub. Onlar 4 nəfər, bu isə tək olub". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi