Serxio Peres Bakıdakı ilk sərbəst yürüşdə ən yaxşı nəticəni göstərib

Serxio Peres Bakıdakı ilk sərbəst yürüşdə ən yaxşı nəticəni göstərib Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib.
Fərdi
10 İyun , 2022 16:00
Serxio Peres Bakıdakı ilk sərbəst yürüşdə ən yaxşı nəticəni göstərib

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb.

"Report"un məlumatına görə, "Red Bull"un pilotu Serxio Peres ən yaxşı nəticəni göstərib.

"Ferrari"dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen üçüncü olub.

15:00

Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib.

"Report"un məlumatına görə, saat 15:00-da pilotlar ilk sərbəst yürüşə başlayıblar.

Test yürüşünün təxminən saat 16:00-da başa çatacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi