Yuxarı

Azərbaycanda dünyanın məşhur "M-1 Challenge" yarışı keçiriləcək - VİDEO

Mötəbər yarışda bir-birindən maraqlı 10 döyüşün keçiriləcəyi gözlənilir

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycanda dünyanın məşhur "M-1 Challenge" yarışı keçiriləcək.

Azərbaycan MMA Federasiyasından "Report"a verilən məlumata görə, "M-1 Challenge 67" iyunun 4-də təşkil olunacaq.

Mötəbər yarışda bir-birindən maraqlı 10 döyüşün keçiriləcəyi gözlənilir.

"Sərhədçi" Olimpiya İdman Mərkəzində 15 ölkənin idmançısının iştirak edəcəyi "M-1 Challenge 67" Bakıdan dünyanın 150 ölkəsinə canlı yayımlanacaq.

Qarışıq döyüş növləri - MMA üzrə mötəbər turnirdə ölkəmizi üç idmançı təmsil edəcək. Bunlar dünya və Avropa çempionları Taleh Nəcəfzadə, Zaur Hacıbabayev və Etiqad Atakişiyevdir.

Qeyd edək ki, anoloji turnir Azərbaycan paytaxtında ilk dəfə keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi