Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub

Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 21 yaşa qədər gənc cüdoçular arasında Bakı şəhər birinciliyinə yekun vurulub.
Fərdi
15 Yanvar , 2025 19:15
Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub

Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 21 yaşa qədər gənc cüdoçular arasında Bakı birinciliyinə yekun vurulub.

"Report" xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qızlar və oğlanlar arasında 14 çəki dərəcəsində qaliblər bəlli olub.

Yarışda Bakının 27 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 150 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Komanda hesabında medalların sayına görə 1-ci yerə "Cüdo Klub 2012", 2-ci yerə Şuşa Uşaq Gənclər və İdman Məktəbi, 3-cü yerə isə "Atilla" İdman Klubu sahib çıxıb. 16 komanda müxtəlif əyarlı medal qazanıb.

Qeyd edək ki, qızların mübarizəsində Aliyə İsmayılzadə (48 kq), Leyla Əliyeva (52 kq) və Aysel Şəfiyeva (57 kq) qızıl medal əldə ediblər. Oğlanlar arasında isə Ayxan Mirzəzadə (60 kq), Xanəhməd Şərifov (66 kq), Səid Rzayev (73 kq), Roman Qarayev (81 kq), Fərid Niyazov (90 kq), Vidad Əliyev (100 kq) və Eldar Əliyev (+100 kq) çempion olublar.

Son xəbərlər

Orphus sistemi