Yuxarı
    Bağlamaq

    ​Bakıda Almaniya boksçusu Rio Olimpiadasına vəsiqə qazanıb

    Azərbaycan milli komandasının üzvü Məhəmmədrəsul Məcidov rusiyalı Maqimed Omarova məğlub olub

    Bakı. 24 yanvar. REPORT.AZ/ “Sərhədçi” İdman Olimpiya Mərkəzində AİBA Pro Boxing turnirində super ağır çəki dərəcəsində növbəti döyüşlər keçirilib. "Report"un məlumatına görə, Azərbaycan milli komandasının üzvü Məhəmmədrəsul Məcidov bu dəfə rusiyalı Maqimed Omarovla qarşılaşıb.

    M.Məcidov buna qədər iki dəfə məğlub etdiyi Omarovu üstələyə bilməyib. 6 raundluq mübarizədən sonra hakimlərdən biri Azərbaycan boksçusunu qalib sayıb. Digər iki hakim isə heç-heçə qeydə alıb. Bu zaman qaydalara əsasən hakimlər əlavə göstəricilərə diqqət yetiriblər və burada onlar Rusiya idmançısını üstün sayıblar – 1:2 (57:57!, 57:57!, 58:56).

    Gecənin əsas döyüşündə isə Almaniya idmançısı Erik Pfayfer mərakeşli Məhəmməd Arjoui ilə üz-üzə gəlib. 8 raundluq mübarizədən sonra hakimlər qələbəni Pfayferə veriblər – 3:0 (78:74, 78:74, 78:74). Qarşılaşmadan sonra Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov və yarışın supervayzeri Adam Kusior APB-nin kəmərini Pfayferə təqdim ediblər. Almaniyalı boksçu həm də Rio Olimpiadasına vəsiqə qazanıb.

    Qeyd edək ki, Fransadan olan Toni Yoka Bakıya gəlmədiyi üçün qələbə rumıniyalı Mixay Nistora verilib. Almaniya boksçusu Əli Kıydın isə Misir təmsilçisi Əhməd Samirdən üstün olıub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi