​Bakı Şəhər Halqası Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ilə anlaşma memorandumu imzalayıb

​Bakı Şəhər Halqası Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ilə anlaşma memorandumu imzalayıb Mərasimə Azad Rəhimovla Mikayıl Cabbarov qatılıb
Fərdi
7 Mart , 2016 17:36
​Bakı Şəhər Halqası Təhsil Nazirliyinin Bir Tələbə-Könüllü Proqramı ilə anlaşma memorandumu imzalayıb

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Bakı Şəhər Əməliyyat Şirkəti Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ilə könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi haqqında anlaşma memorandumu imzalayıb. "Report"un məlumatına görə, mərasim gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə Avropa Qran Prisinin Könüllülər Mərkəzində baş tutub.

Anlaşma memorandumunda tələbələrin könüllülük fəaliyyətinə cəlb edilməsi, könüllülüyün təbliği ilə əlaqədar bir sıra birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Anlaşmanın şərtlərinə əsasən, Bakı və Sumqayıt şəhərlərində yerləşən ali təhsil müəssələrində "Bir" Tələbə-Könüllü Proqramı tərəfindən Avropa Qran Prisinin Könüllülük Proqramı təqdim olunacaq və Formula 1 Avropa Qran Prisində iştirak etmək üçün tələbə-könüllülər cəlb olunacaq.

Qran Pri üçün ümumilikdə 5 min könüllü cəlb olunacaq. İndiyədək 12 mindən çox könüllü qeydiyyata alınıb və onlardan 4 mini müsahibədən keçib.

Qeyd edək ki, Formula 1 Avropa Qran Prisi 17-19 iyunda Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi