Yuxarı

Bakı Şəhər Halqası 3 hotellə əməkdaşlıq memorandumu imzalayıb

Bunlar Gilan Mehmanxanalar Qrupu, Bakı Bulvar və Şah Palas hotelləridir

Bakı. 2 mart. REPORT.AZ/ Bakı Şəhər Halqasının Əməliyyat Şirkəti (BŞH) "Gilan" Mehmanxanalar Qrupu, "Bakı Bulvar" və "Şah Palas" hotelləri ilə memorandum imzalayıb. "Report"un məlumatına görə, memorandum qarşılıqlı əməkdaşlıq imkanlarının inkişafını nəzərdə tutur.

İmzalanma mərasimində BŞH-nin Kommersiya Şöbəsinin rəhbəri Bülent Özerdim, Gilan Mehmanxanalar Qrupunun direktoru Elgün Məmmədov, Bakı Bulvar hotelinin baş meneceri Valentin Osolos və Şah Palas hotelinin baş meneceri Davut Furkan Emen iştirak edib. Mərasimdə tərəflər bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisi çərçivəsində qarşılıqlı əməkdaşlıq imkanlarının inkişafı istiqamətində birgə fəaliyyət haqda razılıqlarını ifadə ediblər.

Qeyd edək ki, memorandumun şərtlərinə əsasən, tərəflər FİA Formula 1 dünya çempionatı üzrə Bakıda keçiriləcək Avropa Qran Prisi ilə əlaqədar hazırda həm Azərbaycanda, həm də ölkədən kənarda birgə təbliğat-təşviqat kampaniyaları həyata keçirəcəklər. Bununla yanaşı, tərəflər arasında yarışdan əvvəl və yarış ərzində Avropa Qran Prisi çərçivəsində keçiriləcək tədbirlərlə bağlı mütəmadi fikir və məlumat mübadiləsi aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi