İyunun 26-da Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində bir sıra idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirilib.
“Report” xəbər verir ki, Bakı Konqres Mərkəzinin qarşısındakı parkda gimnastika, kapoeyra, basketbol, atıcılıq, stolüstü tennis, futbol, badminton, qılıncoynatma üzrə idman növlərinin nümunəvi çıxışları təqdim edilib.
Həmçinin musiqili şou təşkil olunub.
Bakı Konqres Mərkəzinin qarşısında həmçinin “İdman hamı üçün” layihəsi çərçivəsində “Sağlam həyat günləri” də keçiriləcək.
Qeyd edək ki, MINEPS VII konfransı iyunun 26-dan 29-dək keçiriləcək.
Foto: Cavid Osmanov