“Bakı Marafonu 2017” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib - FOTOREPORTAJ

“Bakı Marafonu 2017” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib - FOTOREPORTAJ Bakı Olimpiya Stadionunda baş tutan tədbirdə ümumilikdə 20 nəfər təltif olunub
Fərdi
30 Aprel , 2017 14:44
“Bakı Marafonu 2017” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib - FOTOREPORTAJ
Report.az

Bakı. 30 aprel. REPORT.AZ/ “Bakı Marafonu 2017”nin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutan tədbirdə ümumilikdə 20 nəfər təltif olunub.

Kişi və qadın kateqoriyası üzrə qaliblərinin 3 min manat məbləğində mükafat təqdim olunub. II yerlər 2 min, III yeri tutanlar isə min manat əldə edib.

Həmçinin finiş xəttini 4-6-cı keçən ümumilikdə 6 kişi və qadına Avropa daxilində istədikləri ölkəyə uçmaq üçün bir bilet təqdim olunub. 7-8-ci yerlərin sahiblərinə “Bakı Marafonu 2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9-10-cu yerin sahiblərinə isə 100 manatlıq hədiyyə kuponu verilib.

Qeyd edək ki, marafonda kişilər arasında I və II yeri Türkiyə vətəndaşları Veysi Aslan və Üzeyir Söyləməz, III yeri isə Rusiya vətəndaşı Vladislav Dimyanov tutub. Qadınlar arasında da finişə ilk çatan Türkiyə vətəndaşı olub. Yayla Kiriç Ali bütün rəqiblərini arxada qoyub. Ukraynalı Valentina Poltovskaya ikinci, İran vətəndaşı Pevsina Arab isə üçüncü yeri tutub.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi