“Bakı Marafonu 2017”nin nümayəndələri BSU-da olublar

“Bakı Marafonu 2017”nin nümayəndələri BSU-da olublar Görüşdə yüzdən çox tələbə iştirak edib
Fərdi
17 Mart , 2017 20:07
“Bakı Marafonu 2017”nin nümayəndələri BSU-da olublar
Bakı Marafonu 2017

Bakı. 17 mart. REPORT.AZ/ “Bakı Marafonu 2017”nin nümayəndələri Bakı Slavyan Universitetinin tələbə və müəllim heyəti ilə görüşüb. 

"Report"un layihənin rəsmi saytına istinadən verdiyi məlumata görə, mərasimdə yüzdən çox tələbə iştirak edib.

Tədbirdə Bakı Marafonunda iştirak qaydaları, qeydiyyat prosesi, marşrut barəsində iştirakçılara geniş məlumat verilib.

Marafonun sponsorlarından olan “AzerTürkBank”ın nümayəndəsi qaliblər üçün nəzərdə tutulan mükafatlar barədə məlumatı tələbələrin nəzərinə çatdırıb.

Digər tərəfdaş, “GoSport” idman malları mağazaları şəbəkəsinin nümayəndəsi isə qaçış zamanı idman ayaqqabıları və geyimlərin seçilməsi qaydaları barəsində tələbələrə məsləhətlərini verib.

Daha sonra marafona hazırlıq mərhələsi və hər həftənin şənbə-bazar günləri keçirilən təlimlər barəsində məlumat verilib. Sonda tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək“Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi