“Bakı Marafonu - 2016”nın qalibi ailə qurur

“Bakı Marafonu - 2016”nın qalibi ailə qurur Toy mərasimi martın 18-də keçiriləcək
Fərdi
16 Mart , 2017 12:58
“Bakı Marafonu - 2016”nın qalibi ailə qurur

Bakı. 16 mart. REPORT.AZ/ “Bakı Marafonu - 2016”nın qalibi Namiq Əsədov ailə həyatı quracaq. Bu barədə "Report"a gənc idmançının özü məlumat verib.

Hazırda “Bakı Marafonu - 2017”nin təlimçisi olan N.Əsədov bildirib ki, toy mərasimi martın 18-də keçiriləcək. Onun sözlərinə görə, toyu ilə əlaqədar IV təlim həftəsinin vaxtı dəyişdirilib. Növbəti təlimlər həftəsonu deyil, 25 - 26 mart tarixlərində baş tutacaq.

Qeyd edək ki, “Bakı Marafonu - 2017”də iştirak etmək istəyənlər üçün Namiq Əsədovun rəhbərliyi ilə hər həfənin şənbə günləri qapalı, bazar günləri isə açıq hava məşqləri təşkil olunur. Aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi