“Sağlam həyat” günlərinə start verildi
6 Aprel – Beynəlxalq İdman Günü münasibətilə “Sağlam həyat” günlərinə start verib.
Təşkilatçı Gənclər və İdman Nazirliyindən "Report"a bildirilib ki, Dənizkənarı Milli Parkda (Bakı bulvarı) aprelin 10-dək davam edəcək tədbirə hamı qatıla bilər.
Tədbirə qoşulanlar öz yaş qrupları üzrə idman normativlərini yerinə yetirərək fiziki bacarıqlarını sınayacaqlar.
Sınaqlar 11 yaş qrupu - 6-8 yaş, 9-10 yaş, 11-12 yaş, 13-15 yaş, 16-17 yaş, 18-29 yaş, 30-39 yaş, 40-49 yaş, 50-59 yaş, 60-69 yaş, 70+ üzrə təşkil edilir.
İdman normativlərini qaçış, yerindən uzunluğa tullanma, ağırlıqqaldırma, turnik, top atma, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") üzrə vermək olar.
İştirak etmək üçün öncədən qeydiyyata ehtiyac yoxdur. Normativləri yerinə yetriən bütün iştirakçılara setrifikatlar təqdim edilir.
İlk gün 700-dən çox vətəndaş normativləri yerinə yetirərək sertifikat alıb.
Qeyd edək ki, İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü idman təqvimində yeni tarixdir. 2013-cü il avqustun 23-də BMT-nin Baş Məclisi aprelin 6-nı Beynəlxalq İdman Günü kimi qeyd etməyi yekdilliklə qərara alıb.