“Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və
Bu barədə "Report"a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Tədbirdə 36 ölkədən 40-a yaxın nümayəndə iştirak edib.
Əməliyyat Komitəsinin nümayəndələri Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə az bir zamanın qaldığı vaxtda, ümumilikdə, görülmüş işlər haqqında məlumat verib, protokol, təhlükəsizlik və akkreditasiya sahələrinə dair yeniliklər barədə diplomatik korpusun nümayəndələri qarşısında təqdimatlarla çıxış ediblər.
Gənclər və İdman naziri
Sonra Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəhbəri Pərvin Mirzəzadə çıxış edib.
Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.